Millimiz Vyanada hazırlıq keçəcək
Futbol üzrə Azərbaycan yığmasının mayın 23-dən iyunun 4-nə qədər Avstriyada təlim-məşq toplanışı keçəcəyini xəbər vermişdik. Robert Prosineçkinin çalışdırdığı komandamız Vyana şəhərində məskunlaşacaq.

Qeyd edək ki, yığmamız Avstriya toplanışı çərçivəsində üç yoxlama oyunu keçirəcək. Millimiz mayın 26-da Andorra, 29-da Makedoniya, iyunun 3-də isə Kanada ilə qarşılaşacaq. Hər üç matçın Vyanada baş tutması nəzərdə tutulsa da, arenalar hələ dəqiqləşməyib.

Xəbər 1256 dəfə oxundu.