Roman bürünc, Dmitri gümüş medal qazandı
Milli Paralimpiya Komitəsinin Üzgüçülük idman növü üzrə milli komandasının üzvləri - Roman və Dmitri Saley Portuqaliyanın Funşal şəhərində keçirilən Avropa çempionatının ikinici günündə uğurlu çıxış edib. Roman sərbəst üsul ilə 50 m məsafəni 24.45 s. nəticəylə üzərək bürünc, Dmitri isə 24.14 s. nəticəylə üzərək gümüş medallara sahib olub.

Yarışlar davam edir.

Xəbər 1323 dəfə oxundu.