Zirənin ilk ev məğlubiyyəti
“Zirə” tarixində ilk dəfə Topaz Premyer Liqasının ev oyununda məğlub olub. Paytaxt təmsilçisi 32-ci turun “Qarabağ”la qarşılaşmasında 0:2 hesabı ilə uduzub.

Bunadək öz meydanında keçirdiyi 15 matçda 13 qələbə qazanıb, 3 heç-heçə edən debütantın məğlubiyyətsiz seriyası 16-cı oyunda qırılıb.

Xatırladaq ki, Azərbaycan çempionatları tarixinin ən uzun məğlubiyyətsiz ev oyunları seriyası “Neftçi”yə məxsusdur. Bakılılar 1992-96-cı illərdə 57 ev oyununda uduzmayıb.

Xəbər 656 dəfə oxundu.