Naxçıvanda Paralimpiya İdman Festivalı keçiriləcək
Mayın 12-dən 13-dək Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü il dönümü və Milli Paralimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş Paralimpiya İdman Festivalı keçiriləcək.

Mayın 11-də Milli Paralimpiya Komitəsinin 60 nəfərdən ibarət nümayəndə və idmançı heyəti Naxçıvana yola düşəcək. Paralimpiya İdman Festivalında əlil arabasında idman rəqsi, atletika, qolbol, futzal və boccia idman növləri üzrə ümumilikdə 50-dən çox idmançı iştirak edəcək.

Yarışlara Naxçıvan və İran idmançıları da qatılacaqlar.

Səfər zamanı Naxçıvan şəhərinin tarixi abidələri və muzeylərinə ziyarət də təşkil olunacaq.

Xəbər 1033 dəfə oxundu.