Rauf Əliyevlə bağlı son məlumat
Məlum olduğu kimi, Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində mayın 1-də keçirilən "Sunqayıt"la matçda “İnter”in hücumçusu Rauf Əliyev ciddi zədə almışdı. Həkim müayinəsi zamanı onun həyatı üçün təhlükə olmadığı müəyyən edilib.

Ötən günü xəstəxanada keçirən Rauf Əliyev artıq evə buraxılıb və müalicəsini ambulator şəraitdə davam etdirəcək.

Nəticə barədə əlavə məlumat veriləcək.

Xəbər 780 dəfə oxundu.