Yarımmarafon ictimaiyyətin diqqətini idmana cəlb edir
Son dərəcə gözəl idman bayramına görə Heydər Əliyev Fonduna çox təşəkkür edirəm.

Fondun təşəbbüsü ilə “Küləyə qalib gəl!” devizi altında keçirilən Bakı Marafonunun iştirakçısı Məmmədbağır Kərimov yarışların təşkilatçılarına təşəkkürünü belə bildirib.

O hesab edir ki, bu yarımmarafon ictimaiyyətin diqqətini idmana cəlb edəcək və sağlam həyat tərzinin təbliğində müsbət rol oynayacaq.

M. Kərimov deyib: “Mən idmanla 1969-cu ildən məşğul oluram. Sərbəst güləş üzrə SSRİ idman ustasıyam. 1985 və 1986-cı illərdə Bakıda keçirilən marafonlarda iştirak etmişəm. Bu marafon Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ölkədə keçirilən ilk kütləvi qaçışdır. Belə idman hadisəsini çoxdan gözləyirdik. Ümidvaram ki, marafonların keçirilməsi ənənəyə çevriləcək və iştirak etmək istəyənlərin sayı ilbəil artacaq”.

AZƏRTAC

Xəbər 636 dəfə oxundu.