AZAL “Xəzər Lənkəran”a minimal hesabla qalib gəlib
Azərbaycan Premyer Liqasında 32-ci turun ikinci matçı başa çatıb.

AZAL klubu “Xəzər Lənkəran”ı qəbul edib. Avrokuboklar iddiasında olan Tərlan Əhmədovun yetirmələri turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmaq üçün turu itkisiz başa vurublar. AZAL rəqibini minimal hesabla məğlub edib - 1:0. “Xəzər Lənkəran” isə 20 matçlıq qələbə həsrətinə yenə də son qoya bilməyib. Belə ki, meydan sahibləri 54-cü dəqiqədə Nuqzar Kvirtiyanın qolu ilə görüşdən üç xalla ayrılıb.

Beləliklə, AZAL 45 xalla 6-cı, Lənkəran təmsilçisi isə 14 xalla autsayder “Rəvan”la son pilləni bölüşür.

Xəbər 664 dəfə oxundu.