17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının təbliğatı davam edir
Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatı ilə əlaqədar təbliğati işlər davam edir.

Təbliğat kampaniyası çərçivəsində Dənizkənarı Bulvarda AFFA tərəfindən quraşdırılmış süni örtüklü meydançada topla janqlyorluq üzrə master-class təşkil edilib.

Bundan başqa, flashmob təşkil olunub. Hər iki tədbir böyük tamaşaçı marağına səbəb olub.

Xəbər 639 dəfə oxundu.