Güləşçilərimiz ənənəvi beynəlxalq turnirdə komanda hesabında birinci olub
“Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir başa çatıb.

Son yarış günündə sərbəst güləş üzrə 89 gənc pəhləvan yarışıb. Azərbaycan yığmasının üzvləri 3 qızıl, 4 gümüş və 9 bürünc medal qazanıb. Komanda hesabında Azərbaycan 73 xalla birinci, İran 64 xalla ikinci, eyni xal toplayan Gürcüstan üçüncü yerdə qərarlaşıb. Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunub.

Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstan, İran, Bolqarıstan, Rusiya, İraq, Türkiyə və Qazaxıstan pəhləvanları mübarizə aparıb.

Xəbər 768 dəfə oxundu.