Portuqaliya U-17 futbol millisinin Azərbaycana gələcək heyəti müəyyənləşib
Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Helio Souza Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək heyəti açıqlayıb. Komanda əsasən Benfika və Porto klublarının futbolçularından ibarətdir. Sportinq, Vitoriya və Gimareyş kimi klublar da milli komandada təmsil olunurlar.

Portuqaliya komandası ilk oyununda Azərbaycan milli komandası ilə qarşılaşacaq. Qrupumuzda yer alan digər iki komanda isə Şotlandiya və Belçika milliləridir.

Xəbər 659 dəfə oxundu.