Rafiq Mirzəyev: Sonadək mübarizə aparacağıq
“Azarkeşlər gözəl oyunun şahidi oldular. Hər 2 komanda yaxşı oyun göstərib qol imkanları əldə etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri AzAL klubunun baş məşqçisi Rafiq Mirzəyev deyib. O, Unibank Premyer Liqasının XX turunun “Xəzər Lənkəran”la görüş haqda fikirlərini açıqlayıb:

“Təəssüf ki. biz bu imkanlardan yararlana bilmədik. “Xəzər Lənkəran” isə 1 dəfə bunu bacarıb qarşılaşmanın taleyini öz xeyrinə həll etdi. Buna baxmayaraq komandamdan razı qaldım. Futbolçularım əzmkarlıq göstərdilər. Qarşıda hələ 3 tur var. Hələ heç nə bitməyib. “Altılıq” uğrunda sonadək mübarizə aparacağıq”.
Qeyd edək ki, AzAL səfər oyununda 0:1 hesabı ilə məğlub olub.

Xəbər 1027 dəfə oxundu.