Millimiz Andorra yığması ilə yoxlama görüşü keçirəcək
Azərbaycan millisinin yoxlama oyunlarındakı daha bir rəqibi müəyyənləşib.

Mayın 23-dən iyunun 4-dək Avstriyada təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində yığmamızın 3-cü rəqibi də bəlli olub. Robert Prosineçkinin yetirmələri mayın 26-da Andorra yığması ilə qarşılaşacaq. Bu, komandamızın toplanışda keçirəcəyi ilk matç olacaq.

Xatırladaq ki, komandamız hazırlıq prosesi çərçivəsində mayın 29-da Makedoniya, iyunun 3-də isə Kanada yığması ilə yoldaşlıq matçında da qüvvəsini sınayacaq.

Xəbər 768 dəfə oxundu.