AZAL-ın daha bir futbolçusu üçün mövsüm erkən bitdi
Ötən həftə keçirilən “Rəvan” - AZAL oyununda zədələnərək meydançanı tərk edən qonaq komandanın futbolçusu Kamal Mirzəyev üçün mövsümü bitmiş saymaq olar. Həkim müayinəsində keçirilən yarımmüdafiəçi çempionatın sonuna qədər məşqlərə çıxa bilməyəcək.

Sağ ayağının pəncə sümüyündə çat aşkar olunduğu üçün Kamalın ayağı gipsə salınıb. Klub həkimlərinin bildirdiyinə görə, futbolçu yalnız 3 həftədən sonra gipsdən azad olunacaq.

Xəbər 649 dəfə oxundu.