"Bu gün "Neftçi" güclü idi"
"Bu gün meydanda 4-5 futbolçu özünü yaxşı tərəfdən göstərdi. Qalan oyunçular isə heç nə ilə yadda qalmadılar". İdman.com.az saytının məlumatına görə, bu sözü "Sumqayıt" klubunun baş məşqçisi Bernhard Raab, "Neftçi" ilə oyundan (0:3) sonra keçirilən mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis komandanın kapitanı Samir Abasovun zədələnməsinin onların oyununa mənfi təsir etdiyini bildirib: "Samir Abasovun zədələnməsi komandanın oyununa mənfi təsir göstərdi. Ümumlikdə, bu gün "Neftçi" güclü idi. Lakin növbəti görüşlərdə belə səhvlərə yol verməməyə çalışacağıq".

Xəbər 943 dəfə oxundu.