Azərbaycan kuboku: “Qarabağ” “İnter”ə böyük hesabla qalib gəlib
Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

Artıq ilk görüş “İnter Arena”da baş tutub. “Qarabağ” rəqib meydanında “İnter”i böyük hesabla məğlub edib-4:0. Migel 19-cu dəqiqədə hesabı açıb. Ağdam təmsilçisinin qalan qolları ikinci hissəyə təsadüf edib. 60-cı dəqiqədə Madera dubla imza atıb. Yeddi dəqiqə sonra Kintana adını tabloya yazdırıb. Final fitinə az qalmış Reynaldo görüşdə son nöqtəni qoyub. Ötən kubokun qalibi olan Qurban Qurbanovun komandası bu qələbə sayəsində finalı sığortalamış olub.

Ikinci yarımfinalda “Neftçi” ilə “Qəbələ” münasibətlərə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, kubokun cavab oyunları mayın 4-də keçiriləcək.

Xəbər 607 dəfə oxundu.