Məktəblilər arasında respublika şahmat festivalı
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən respublika şahmat festivalının ikinci mərhələsinə start verilib.

Bakı şəhərindəki 12 nömrəli məktəbdə keçirilən festivala şahmat fənni tədris olunan pilot ümumi təhsil məktəblərinin şagirdləri qatılıb. Festivalın ikinci mərhələsində birinci mərhələdə - rayondaxili yarışlarda birinci yeri tutan komandalar iştirak edir. Ümumilikdə, 63 komanda üzrə 400-dək şagird final mərhələsində mübarizə aparacaq.

Festivalın şəxsi və komanda xarakterli final mərhələsində II-IV sinif şagirdlərindən ibarət 6 nəfərlik (3 oğlan və 3 qız) komandalar iştirak edir. Doqquz turdan ibarət olan final mərhələsinə mayın 2-də yekun vurulacaq.

Xəbər 663 dəfə oxundu.