Gəncə şəhər stadionu üçün yeni ot örtüyü və işıqlandırma
"Kəpəz"in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu ilə bağlı xoş xəbərlər var. Stadiona işıq sistemi üçün lazımı materiallar gətirilib. Həmin materiallar yaxın zamanda quraşdırılacaq.

Bundan əlavə, bir müddət öncə "Dalğa Arena"dan sökülən süni ot örtüyü də Gəncə şəhər stadionuna gətirilib. Amma bu ot örtüyü stadionun ehtiyat meydançası üçün nəzərdə tutulub.

Xəbər 797 dəfə oxundu.