Prosineçki Əliyevi milliyə qaytarır
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki "İnter"in hücumçusu Ruaf Əliyevi yenidən milliyə qaytarmağa hazırlaşır. Millimizin forvardı uzun müddət idi ki, zədə səbəbindən nə komandasına kömək edə bilirdi, nə də Azərbaycan yığmasına dəvət alırdı.

Amma bir müddət öncə zədəsini tam sağaldaraq "İnter"in oyunlarında iştirak etməyə başlayan Əliyevin milliyə də qayıdacağı gün uzaqda deyil. Belə ki, xorvatiyalı baş məşqçi mayın 24-dən iyunun 4-nə qədər Avstriyada baş tutacaq toplanışa dəvət alacaq.

Xəbər 707 dəfə oxundu.