Neftçidə iki itki
"Neftçi" Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində qarşılaşacağı "Qəbələ" ilə ilk oyuna hazırlığı davam etdirir. Paytaxt klubu bu oyuna iki itki ilə çıxacaq.

Belə ki, Xuan Alberto Melli bu görüşü zədə, Erik Ramos isə sarı vərəqə limitini doldurduğuna görə buraxmalı olacaq.

Qeyd edək ki, "Neftçi" - "Qəbələ" matçı sabah "Bakcell Arena"da keçiriləcək və saat 19:00-da start götürəcək.

Xəbər 616 dəfə oxundu.