Bu gün ölkə çempionatında 3 oyun keçirilib | |
Bu gün Azərbaycan Premyer Liqasında 2 aylıq fasiləyə yekun vurulub. İdman.com.az saytının məlumatına görə, qış fasiləsindən sonra keçirilən ilk 3 matçla XX tura start verilib. Yubiley – XX milli çempionatda mübarizə Bakıdakı oyunlarla davam edib. Paytaxtdakı görüşlər eyni nəticə ilə başa çatıb. Hər 2 görüşdə qonaqlar 3:0 hesablı qələbəyə seviniblər. Ev oyununu paytaxtda keçirən “Sumqayıt” “Neftçi” ilə matçda meydana çıxmağa peşman olub. Son ölkə çempionu və hazırkı lider debütantı 3 cavabsız qolla məğlub edib. “Bakı” isə “Qarabağ”a yenə də uduzub. İlk dövrədə rəqibinə minimal hesabla uduzan “ağ-göylər”, öz meydanlarında daha acınacaqlı halla üzləşiblər. Ağdamlılar paytaxtın eyni adlı təmsilçisini 3 qolla məyus edib. Bu, “Bakı”nın çempionatda ardıcıl 2-ci darmadağınıdır. Aleksandr Starkovun komandası qış fasiləsi ərəfəsində “Xəzər Lənkəran”a da eyni hesabla uduzmuşdu. “Ağ-yaşıllar” günü qələbə ilə başa vuran yeganə meydan sahibi olub. Cənublular çətinliklə olsa da, AzAL-ın müqavimətini qıra bilib. Bu qələbə sayəsində “Xəzər Lənkəran” ən azı 1 günlük 2-ci pilləyə yüksəlib. 15 fevral "Xəzər Lənkəran" – AZAL - 1:0 Qol: Rahid Əmirquliyev, 74 "Sumqayıt" - "Neftçi" - 0:3 Qol: Flavinyu, 45, Nəsimov, 50; 84 "Bakı" - "Qarabağ" - 0:3 Qol: Əfran İsmayılov, 27 (pen); Rəşad Sadiqov, 48; Georgi Adamiya, 64 |
|
Xəbər 928 dəfə oxundu. |
|
|