İnter Qarabağla oyuna ciddi itkilərlə çıxacaq
"İnter" Azərbaycan Kubokunun yarımfinal mərhələsində qarşılaşacağı "Qarabağ"la ilk oyuna hazırlığı davam etdirir. Paytaxt klubunun heyətində vacib matç öncəsi bir neçə itki var.

Belə ki, Sezar Meza Kolli, Nizami Hacıyev, Kamran Ağayev, İlkin Qırtımov və Elnur Abdullayev Ağdam klubuna qarşı oynaya bilməyəcək. Abbas Hüseynovun bu görüşdə iştirakı isə sual altındadır.

Xəbər 688 dəfə oxundu.