Millimizin rəqibinin heyəti açıqlandı
17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Bakıda təşkil olunacaq Avropa çempionatında Azərbaycan millisi ilə eyni qrupda yer alan Şotlandiya yığmasının heyəti açıqlanıb. Baş məşqçi Skott Qemmill heyətə 18 futbolçunun adını daxil edib:

Qapıçılar: Eyden Makadams (“Seltik”), Kiran Rayts (“Reyncers”);

Müdafiəçilər: Daniel Baur (“Harts”), Dan Meredit (“Vest Bromviç”, İngiltərə), Toni Qalaxer (“Falkirk”), Liam Hiqarti (“Midlsbro”, İngiltərə), Eyden Uilson (“Reyncers”);

Yarımmüdafiəçilər: Freyzer Hornbi (“Everton”, İngiltərə), Liam Bert, Cek Tomson (hər ikisi “Reyncers”), Kil Makalister (“Sent- Mirren”), Cordan Holsqrouv (“Ridinq”, İngiltərə), Brok Uotson (“Seltik”);

Hücumçular: Zek Radden, Cek Adamson (hər ikisi “Reyncers”), Cek Eytçison (“Seltik”), Luis Morrison (“Kilmarnok”), Konnor Maklennan (“Aberdin”).

Qeyd edək ki, millimizin də yer aldığı A qrupunda Şotlandiya ilə yanaşı, Portuqaliya və Belçika yığmaları da mübarizə aparacaq. AÇ-2016-nın oyunları mayın 5-dən 21-dək keçiriləcək.

Xəbər 825 dəfə oxundu.