Millimizin rəqibi Portuqaliya heyətini açıqlayıb
17 yaşadək futbolçuların Avropa çempionatında millimizin çıxış edəcəyi A qrupunda əsas rəqib hesab edilən Portuqaliya yığması heyətini açıqlayıb.

Baş məşqçi Elio Souza mayın 2-də Bakiya gətiriləcək ilkin heyətə 23 oyunçunun adını daxil edib. İlkin siyahıda legioner həyatı yaşayan beş futbolçunun adı yer alıb. Belə ki, Souza İngiltərənin “Arsenal”, “Vest Hem”, “Stok Siti”, eləcə də Fransanın “Monako” və “Lion” klublarında çıxış edən oyunçulara da dəvət göndərib.

“Benfika”nın beş, “Porto” və “Sportinq”in isə hərəyə dörd futbolçusu Portuqaliya yığmasına çağırılıb: Joao Virginiya (“Arsenal”, İngiltərə), Ruben Vinaqre (“Monako”, Fransa), Florentino, Gedson Fernandes, Filipe Soares, Xose Qomes, Nuno Santos (hamısı “Benfika”), Dominqos Quina (“Vest Hem”, İngiltərə), Dioqo Kosta, Dioqo Dalot, Dioqo Leite, Dioqo Lameyra (hamısı “Porto”), Mikael Almeyda (“Lion”, Fransa), Luis Maksimiano, Migel Luis, Joao Oliveyra, Terri Leao (hamısı “Sportinq”), Luis Silva (“Stok Siti”, İngiltərə), Romen Korrea (“Vitoria Gimaraeş”).

Qeyd edək ki, A qrupunda Azərbaycan və Portuqaliya yığmaları ilə yanaşı, Şotlandiya və Belçika komandaları da mübarizə aparacaq.

Xəbər 670 dəfə oxundu.