AFFA 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına yeni baş məşqçi təyin edib
Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Məşqçilər Komitəsi ilə görüşüb.

Məşqçilər Komitəsinin üzvləri Mingəçevir şəhərində divizion klublarının nümayəndələri ilə keçirilmiş görüş haqqında ətraflı məlumat verib, birinci divizion və Azərbaycan Premyer Liqası barədə ümumi fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan U-15 yığmasına baş məşqçi təyinatı da müzakirəyə çıxarılıb. Məşqçilər Komitəsinin tövsiyəsinə əsasən AFFA rəhbərliyinin qərarı ilə 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsi Mirbağır İsayevə həvalə olunub.

Xəbər 711 dəfə oxundu.