Bu gün Kazanda cüdo üzrə Avropa çempionatı start götürür
Cüdo üzrə Azərbaycan yığma komandası bu gün Rusiyanın Kazan şəhərində başlayan Avropa çempionatında çıxış edəcək.

Aprelin 24-dək davam edəcək beynəlxalq yarışda yığma komandamızın baş məşqçi Peter Zayzenbaxer ümumilikdə 10 idmançıya şans verəcək.

Kişilərin yarışında Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhaqq Rəsullu (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq) mübarizə aparacaq. Qadınlardan isə yalnız Ayşə Qurbanlı (48 kq) çıxış edəcək.

Qeyd edək ki, cüdoçularımız Avropa çempionatı öncəsi son məşqinə çıxıblar.

Xəbər 809 dəfə oxundu.