«Ay-ulduzlular»ımız 2 pillə irəlilədi
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. İdman.com.az saytının məlumatına görə, ötən ayla müqayisədə 2 pillə irəliləyən Azərbaycan millisi 306 xalla 109-cu mövqedə qərarlaşıb.

Siyahıya yenə İspaniya millisi başçılıq edir (1566 xal). Almaniya 1369 xalla 2-ci, Niderland yığması 1359 xalla 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, növbəti reytinq cədvəli martın 7-də açıqlanacaq.

Xəbər 939 dəfə oxundu.