İnter Qarabağla matça 4 itki ilə çıxacaq
"İnter" Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində qarşılaşacağı "Qarabağ"la oyuna hazırlığı davam etdirir. "Qəbələ" ilə oyunda sıradan çıxan komandanın əsas qapıçısı Kamran Ağayev artıq yüngül məşqlərə başlayıb.

Amma onun qarşıdakı oyunda iştirakı gözlənilmir. Eyni zamanda zədəli olan Nizami Hacıyev, Sezar Meza Kolli və İlkin Qırtımovun da "Qarabağ"a qarşı oynamayacağı dəqiqdir.

Qeyd edək ki, "Qarabağ" - "İnter" matçı aprelin 22-də "Azərsun Arena"da keçiriləcək.

Xəbər 766 dəfə oxundu.