Paralimpiyaçı cüdoçularımız Qori şəhərində təlim-məşq toplanışındadır
Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək XV Yay Paralimpiya Oyunlarına hazırlıq məqsədi ilə Azərbaycan Milli Paralimpiya Komitəsinin cüdo üzrə milli komandası baş məşqçi İbrahim İbrahimov başda olmaqla 16 nəfərlik heyətlə Gürcüstanın Qori şəhərində təlim-məşq toplanışına başlayıb. Aprelin 18-də start götürən toplanış mayın 2-nə qədər davam edəcək.

Xəbər 744 dəfə oxundu.