Taekvando üzrə açıq rayon birinciliyi keçirilib
16-17 aprel tarixlərdə 313 saylı tam orta məktəbin idman zalında Binəqədi rayon Gənclər və İdman İdarəsinin dəstəyi və “Fərasət” İdman Klubunun təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında vətənpərvərlik və vətəndaşlıq hisslərini gücləndirmək və Taekvando idman növünün inkişaf etdimək məqsədi ilə şəhidlərin xatirəsinə həsr olunmuş uşaq və yeniyetmələr arasında Taekvando üzrə açıq rayon birinciliyi keçirilib.

Birincilikdə ümumilikdə 11 çəki dərəcəsində 70 nəfər idmançı qalibiyyət uğrunda mübarizə aparıb.

Yekun nəticələrə görə müxtəlif çəki dərəcələrində 12 nəfər birinciyə, 12 nəfər ikinciyə, 23 nəfər üçüncü yerə layiq görülüblər.

Qaliblər Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıblar.

Xəbər 847 dəfə oxundu.