Azərbaycan komandası Avropada ikincidir
Aprelin 13-dən 18-dək Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən şahmat bəstələrinin həlli üzrə 12-ci Avropa çempionatında Azərbaycan yığması tarix yazdı.

Əməkdar məşqçi İlham Əliyev verib.

16 komanda arasında olan mübarizədə Araz Alməmmədov, Misrətdin İskəndərov, Rəşad Zeynallı, Bəhruz Rzayevdən ibarət olan Azərbaycan yığması 206 xalla gümüş medal qazandı.

Avropa çempionu adını 214,5 xalla Serbiya, bürünc medalı isə yığmamızdan 0,75 xal geri qalan, dəfələrlə dünya və Avropa çempionları Polşa yığması 205,25 xalla qazandı.

Rəşad Zeynallı şəxsi hesabda Avropa çempionatında gənclər arasında 1-ci yeri tutaraq Avropa çempionu, Bəhruz Rzayev isə gümüş medalı qazandı.

Xatırladaq ki, komandamız 2014-cü ildə daha bir tarix yazaraq, İsveçrənin paytaxtı Bern şəhərində dünya çempionatında gümüş medal qazanmışdı.

Xəbər 745 dəfə oxundu.