“Su idman sarayı” idman məşqçiləri üçün seminar təşkil edir
Aprel ayının 18-dən başlayaraq Gənclər və idman nazirliyinin dəstəyi ilə “Su idman sarayı” (Aquatic Palace) Azərbaycanın müxtəlif bölgələrindən olan məşqçilərin kvalifikasiyasının artırılması məqsədi ilə seminarlara başlayıb.

20 aprel tarixinədək davam edəcək seminar hər gün səhər saat 11.00-dan 16.00-a dək keçirilir.

Seminar Böyük Britaniyadan ölkəmizə dəvət olunmuş beynəlxalq səviyyəli məşqçi Devid Hovatson tərəfindən aparılır.

Seminarda müxtəlif idman mərkəzlərində fəaliyyət göstərən 35 məşqçi iştirak edir.

Xəbər 1110 dəfə oxundu.