Qəbələdə Xəzər Lənkəranla matç öncəsi 4 itki
"Qəbələ" Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində qarşılaşacağı "Xəzər Lənkəran"la oyuna hazırlığı davam etdirir. Roman Qriqorçukun komandası qarşıdakı matça iktilərlə çıxacaq.

Bir oyunluq diskvalifikasiya olunan ukraynalı mütəxəssisdən əlavə, Voyislav Stankoviç və Elvin Camalov da cəzalı durumdadır. Onlar sarı vərəqə limitini doldurduğuna görə, növbəti turda istirahət etməli olacaqlar. Rafael Santos və Ruslan Abışov isə zədəlidir.

Qeyd edək ki, "Xəzər Lənkəran" - "Qəbələ" matçı aprelin 23-də keçiriləcək və saat 16:30-da start götürəcək.

Xəbər 684 dəfə oxundu.