AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 30-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Qəbələ” - “Rəvan” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 61-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Saşa Yunisoğlu ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 88-ci dəqiqəsində “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk texniki zona qaydaların pozduğuna görə 1 oyun cəzalanıb, klubu 1000 manat cərimə olunub.

"Neftçi” - “Qarabağ” matçında “Neftçi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Matçın 23-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Ruslan Qurbanov sarı vərəqə ilə cəzalandırılıb. “Neftçi” bu epizodla bağlı İntizam Komitəsinə müraciət ünvanlayaraq öz etirazlarını bildirib. İntizam Komitəsi oyunun videoyazısını izlədikdən sonra aşağıdakı qərarı qəbul edib:

Oyunun 23-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Ruslan Qurbanova simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakim tərəfindən epizodun düzgün qiymətləndirilməməsi səbəbindən ləğv olunub.

AZAL - “Sumqayıt” matçında AZAL və “Sumqayıt”ın 4 futbolçuları sarı vərəqə ilə cəzalandığları üçün hər iki klub 1000 manat cərimə olunub.

Xəbər 642 dəfə oxundu.