Gənc bəddi gimnastlardan 2 qızıl və 1 gümüş medal
Polşanın Rumiya şəhərində bədii gimnastika üzrə gənclər arasında “Baltic Cup” adlı 4-cü beynəlxalq turnir keçirilib. Yarışlarda Azərbaycan üç yaş qrupunda təmsil olunub.

Gənclər yaş kateqoriyasında (2002-2001-ci il təvəllüdlülər) çıxış edən İlahə Məmmədova çoxnövçülükdə qızıl medal qazanıb. Digər gimnast Veronika Hudis isə həmin yaş qrupunda 5-ci yerdə qərarlaşıb. O, həmçinin tamaşaçıların rəğbətini qazanaraq təşkilatçılar tərəfindən hazırlanmış “Miss Simpatiya” nominasiyasında xüsusi mükafata layiq görülüb.

2003-cü il təvəllüdlü gimnastların yaş qrupuna daxil olan gənc gimnastlar Dərya Farşbafşəhriyari və Yelizaveta Luzan dörd çıxışın cəmində müvafiq olaraq 4-cü və 8-ci olublar.

Yeniyetmələrin yaş qrupunda (2004-2005-ci il təvəllüdlülər) uğurlu çıxışı çoxnövçülükdə Arzu Cəlilovaya qızıl medal gətirib. Onun komanda yoldaşı Nərminə Səmədova isə bu yaş qrupunda “gümüşə” layiq görülüb.

Xəbər 798 dəfə oxundu.