Kəpəzin üç komandası zona birinciliyinin qalib olub
2015-2016-cı il mövsümü üçün AFFA tərəfindən aşağı yaş qrupları üzrə keçirilən Azərbaycan çempionatının Qərb zonasının yarışları başa çatıb. Şəmkir Olimpiya İdman Kompleksində keçirilən həlledici oyunların yekunlarına əsasən, “Kəpəz”in üç yaş qrupu üzrə komandası yarışın qalibi olub. Klubun U-11, U-12 və U-14 kollektivləri rəqiblərindən üstün olaraq final mərhələsinə vəsiqə qazanıblar.

Bu münasibətlə “Kəpəz” rəhbərliyi Gəncə şəhər stadionunda komandalarla görüş keçirib. Klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu, Müzəffər Qasımov və icraçı direktor Mehman Allahverdiyev futbolçuları və onların məşqçilərini təbrik edib, komandalara final mərhələsində uğurlar arzulayıb. Sonda komanda üzvlərinə həvəsləndirici fəxri fərman təqdim olunub.

Xəbər 545 dəfə oxundu.