Azərbaycan gimnastlarının üçüncü Olimpiya lisenziyası
Bu dəfə Olimpiya Oyunlarının kişi idman gimnastikası üzrə yarışlarında Azərbaycan iki gimnastla təmsil olunacaq. Bu Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Test Turnirində Petro Paxnyukun nümayiş etdirdiyi yarış əzminin sayəsində mümkün olmuşdur.

Altı alət üzərində çıxışların cəmində 85.257 xal toplayan Petro, Olimpiya Oyunlarının gələcək iştirakçılarının siyahısında asanlıqla yer aldı.

Bu artıq gimnastlarımız tərəfindən Rio-2016 Oyunlarına qazanılan 3-cü Olimpiya lisenziyasıdır. Xatırladaq ki, Petronun komanda yoldaşı Oleg Stepko, Qlazqoda keçirilən ötən ilin dünya çempionatında 3-cü yerə layiq görülərək, planı vaxtından əvvəl yerinə yetirməklə ilk təsnifat turnirində lisenziya qazanmışdı. Daha bir lisenziyani Ştutqartda keçirilən bədii gimnastika üzrə dünya çempionatının çoxnövçülüyündə 6-cı yerdə qərarlaşaraq, gimnast Marina Durunda əldə edib.

Xatırladaq ki, ilk dəfə Azərbaycanı bu idman növündə London Olimpiadasında Şakir Şixəliyev təmsil edib.

Xəbər 795 dəfə oxundu.