Alisa Blom: Bu gün layiqli qələbə qazandıq
“Hər turdan-tura daha yaxşı oynayırıq”. İdman.com.az saytının məlumatına görə, bunu “İqtisadçı”nın voleybolçusu Alisa Blom deyib. Komandasının kapitanı Super Liqanın IX turunda “Bakı”ya 3:2 hesabı ilə qalib gəldikləri görüşdən razı qalıb.

Niderlandlı legioner bildirib ki, CEV kuboku ilə vidalaşdıqlarından əsas məqsədləri ölkə çempionatında qələbələri sıralamaqdır: “Çalışırıq ki, Super Liqanın oyunlarında uğurlu çıxış edək və meydandan yalnız qalib kimi ayrılaq. Bu gün də yaxşı oynadıq və layiqli qələbə qazandıq”.

Xəbər 1206 dəfə oxundu.