Veloparkda kriterium yarışı keçirildi | |
Azərbaycan Velosiped İdmanı Federasiyasının 2016-cı il üçün təqvim planına uyğun olaraq, Veloparkda Açıq Bakı Kriterium yarışlarının 2-ci mərhələsi keçirilib. Yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı iştirak edib. Qızların mübarizəsində 8 saylı Olimpiya Ehtiyatları Məktəbinin (8 saylı OEQİUGM) təmsilçisi Validə Cabbarova hamıdan güclü olub. Onun komanda yoldaşı Maksim Naperstkov isə gənc oğlanların mübarizəsində bütün rəqiblərini qabaqlayıb. U-15, U-17 və U-23/Elit kateqoriyasında fəxri kürsünün ən yüksək pilləsinə Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin (OEQİUGVM) üzvləri Nikita Sıtov, İvan Orlov və Orxan Məmmədov qalxıblar. Açıq Bakı Kriterium yarışlarının sonuncu, 3-cü mərhələsi aprelin 23-də keçiriləcək. Qızlar 1. Validə Cabbarova (8 saylı OEQİUGM) 2. Viktoriya Buxenskaya (OEQİUGVM) 3. Elfanə Camalova (8 saylı OEQİUGM) U-15 1. Nikita Sıtov (OEQİUGVM) 2. Fədail Mahmudov (8 saylı OEQİUGM) 3. Emil Əliyev (8 saylı OEQİUGM) U-17 1. İvan Orlov (OEQİUGVM) 2. Vüqar Nəsibov (Neftçi İKİB) 3. Mahmud Məmmədov (Neftçi İKİB) Gənclər 1. Maksim Naperstkov (8 saylı OEQİUGM) 2. Bakir Dadaşov (OEQİUGVM) 3. Mikayıl Səfərli (8 saylı OEQİUGM) U-23 / Elit 1. Orxan Məmmədov (OEQİUGVM) 2. Ayxan İltifatlı (OEQİUGVM) 3. Elvin Nağıyev (OEQİUGVM) |
|
Xəbər 605 dəfə oxundu. |
|
|