Neftçi Qarabağa uduzdu, İnter Kəpəzlə sülh bağladı
Bu gün Topaz Premyer Liqasında 30-cu turun növbəti oyunları keçirilib. İkinci oyun günündə iki görüş baş tutub.

Öncə Gəncədə "Kəpəz" əsas rəqiblərindən biri olan "İnter"i qəbul edib. Qarşılaşma heç-heçə başa çatıb.

Günün digər matçında Azərbaycan çempionatlarının daimi iştirakçısı olan iki klub - "Neftçi" ilə "Qarabağ" üz-üzə gəlib. Azərbaycan derbisində gülən tərəf Ağdam təmsilçisi olub.

Topaz Premyer Liqası
30-cu tur
16 aprel (şənbə)

“Kəpəz” - “İnter” - 1:1 (1:0)
Qollar: T.Axundov, 31-pen. (1:0). Y.Fomenko, 55 (1:1).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov.
Gəncə şəhər stadionu.

“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 3. Tərlan Quliyev, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 8. Budaq Nəsirov, 7. Junior Osvaldo, 19. Orxan Əliyev, 80. Tural Rzayev, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 15. Azad Kərimov, 23. Tural Nərimanov, 6. Ceyhun Cavadov, 4. Elvin Cəbrayılov, 21. Xəzər Qəribov, 27. Bəxtiyar Soltanov.
Baş məşqçi: Şahin Diniyev.
“İnter”: 79. Georgi Lomaya (k), 3. Denis Silva, 6. Laşa Salukvadze, 7. Nika Kvekveskiri, 10. Elnur Abdullayev, 12. Ruslan Əmircanov, 14. Zurab Xizanişvili, 17. Vüqar Nadirov, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 77. Mirsahib Abbasov.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 2. Sertan Taşkın, 4. Laşa Kasradze, 9. Qara Qarayev, 11. Rauf Əliyev, 19. Mirhüseyn Seyidov, 20. Yuri Fomenko .
Baş məşqçi: Zaur Svanadze.

“Neftçi” - “Qarabağ” - 1:2 (0:0)
Qollar: D.Kintana, 56 (0:1). Reynaldo, 73 (0:2). Aylton, 75 (1:2).
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Orxan Məmmədov.
Bakı. “Bakcell Arena”.

“Neftçi”: 1. Aqil Məmmədov (k), 3. Jayro, 6. Aylton Silva, 8. Elşən Abdullayev, 10. Cavid İmamverdiyev, 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 20. Anyete, 27. Məqsəd İsayev, 26. Kamal Qurbanov, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 17. Rəhman Hacıyev, 9. Nikolas Kanales, 14. Məhəmməd Qurbanov, 19. Fəhmin Muradbəyli.
Baş məşqçi: Vəli Qasımov.
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev, 99. Muarem Muarem.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 67. Əlhərbi Əl Jadeyui, 32. Elvin Yunuszadə, 77. Cavid Tağıyev, 97. Mahir Mədətov.
Baş məşqçi: Qurban Qurbanov.

Turun digər oyunları: “Qəbələ” - “Rəvan” - 2:0. 17 aprel (16:30. “Zirə” - “Xəzər Lənkəran”, 19:00. AZAL - “Sumqayıt”).

Bombardir:
13 - Nelson Bonilya ("Zirə").

Xəbər 801 dəfə oxundu.