Qəbələ Rəvana qalib gəldi
Bu gün Topaz Premyer Liqasında 30-cu tura start verilib. İlk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında “Qəbələ” doğma meydanda “Rəvan”ı qəbul edib. Görüşdə uzun müddət qapılara qol vurulmayıb. Amma 62-ci dəqiqədə "Rəvan"ın müdafiəçisi Saşa Yunisoğlunun meydandan qovulması meydan sahiblərinin təzyiqi artırması ilə nəticələnib. Məhz bunun məntiqi nəticəsi kimi matçın son 10 dəqiqəsində iki qol vuran qəbələlilər inamlı qələbəyə seviniblər.

Topaz Premyer Liqası
30-cu tur
15 aprel (cümə)

“Qəbələ” - “Rəvan” - 2:0 (0:0)
Qollar: A.Məmmədov, 80 (1:0). A.Antonov, 85 (2:0).
Qırmızı vərəqə: S.Yunisoğlu, 62.
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, İsgəndər Əliyev, Ziya Nəsirov.
Qəbələ şəhər stadionu.

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 9. Sergey Zenyov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 34. Ürfan Abbasov, 69. Aleksey Antonov, 87. Ruslan Abışov.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 5. Pavel Paşayev, 3. Voyislav Stankoviç, 18. Vadim Abdullayev, 32. Rəşad Eyubov, 66. Samir Zərgərov, 77. Ehtiram Şahverdiyev.
Baş məşqçi: Roman Qriqorçuk.
“Rəvan”: 1. Rəşad Əzizli, 17. Ramazan Abbasov (k), 21. Novruz Məmmədov, 2. Ruslan Tağızadə, 13. Cəmşid Məhərrəmov, 3. Saşa Yunisoğlu, 4. Kənan Müslümov, 15. Ceyhun Abdullayev, 16. Orxan Lalayev, 9. Nuran Qurbanov, 8. Məmməd Quliyev.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 11. Elnur Abdulov, 29. Əziz Quliyev, 5. Mirkamil Haşımlı, 99. Əziz Hüseynov, 7. Elvin Həsənəliyev, 6. Yasin Həmid.
Baş məşqçi: Bəhmən Həsənov.

Turun digər oyunları: 16 aprel (13:30. “Kəpəz” - “İnter”, 16:00. “Neftçi” - “Qarabağ”). 17 aprel (16:30. “Zirə” - “Xəzər Lənkəran”, 19:00. AZAL - “Sumqayıt”).

Bombardir:
13 - Nelson Bonilya ("Zirə").

Xəbər 671 dəfə oxundu.