Sumqayıtda AZAL-la matç öncəsi iki itki
"Sumqayıt" Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində qarşılaşacağı AZAL-la oyuna hazırlığı davam etdirir. Sumqayıtlılar bu görüş ciddi itkilərlə çıxacaqlar.

Belə ki, "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov zədə səbəbindən növbəti oyunda komandasına kömək edə bilməyəcək. O, son məşqləri də buraxmalı olub.

Digər zədəli futbolçu Ağabala Ramazanovun da "təyyarəçilər"lə görüşdə meydana çıxması inandırıcı görünmür.Düzdür, o, məşqlərə başlayıb. Amma hələ formasını tam bərpa etmədiyindən, məşqçilərin bu hücumçuya şans verməsi inandırıcı görünmür.

Xəbər 821 dəfə oxundu.