Bakının sabiq forvardı böyük futbola qayıtdı
"Bakı"nın sabiq hücumçusu Ruslan Leviqa uzun fasilədən sonra yenidən böyük futbola qayıdıb. o, həvəskar komanda olan "Velikaya Baqaçka" ilə anlaşıb.

Sözügedən komanda Poltava vilayətinin çempionatında iştirak edir.

Qeyd edək ki, Leviqa 2014-cü ildə ağır avtomobil qəzasına düşmüşdü. Nəticədə, onun yanında olan bir futbolçu dünyasını dəyişmişdi. Leviqa isə həyatda qalsa da, əməliyyat olunmuşdu və həmin dövrdən bəri futbol oynamırdı.

Xəbər 659 dəfə oxundu.