"Beşikdaş" Portuqaliyada vacib qələbə qazandı
Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunlarına start verilib. İdman.com.az saytının məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçirilib. Mərhələnin açılış oyunu isə Rusiyada baş tutub. "Rubin" (Kazan) klubu doğma azarkeşləri önündə Yunanıstan "Olimpiakos"unu qəbul edib. Gərgin mübarizədə qonaqlar qalib ayrılıblar. Tatarıstan klubu matçın gedişində 11-metrlik cərimə zərbəsindən yararlana bilməyib.

Azərbaycanlı futbolsevərlərin əsas diqqəti Portuqaliyaya yönəlib. Burada yerli "Braqa" komandası Türkiyə "Beşikdaş"ını sınağa çəkib. Üstün oyun nümayiş etdirən İstanbul təmsilçisi, ölkə çempionatında son turlarda uğursuzluğu bu görüşdə unutdurub. "Ağ-qaralar"dan qolları Tomas Sivok (37 dəq) və Simao (58 dəq) vurublar.
Qeyd edək ki, bu mərhələnin qalan görüşləri fevralın 16-da keçiriləcək.

14 fevral
Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunları

21:00. "Rubin" (Rusiya) - "Olimpiakos" (Yunanıstan) – 0:1
21:30. "Braqa" (Portuqaliya) – "Beşikdaş" (Türkiyə) - 0:2

Xəbər 1006 dəfə oxundu.