Bakı birinciliyinə yekun vurulub
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilib.

Yarışda 1999-2000-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə 224 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparıb. Nəticələrə görə, Seyid Şərifov (42 kq), Ramin Əzimov (46 kq), Çoban İsmayılzadə (50 kq), İntiqam Vəlizadə (54 kq), Elmar İbrahimov (58 kq), Orxan Əliyev (63 kq), Xəzər Bağırov (69 kq), Murad Həsənov (76 kq), Yelmar Nəbiyev (85 kq), Asxab Həmzətov (100 kq) I yerə layiq görülüblər.

Yunan-Roma güləşi üzrə isə 281 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparıb. Nəticələrə görə Zaur Əliyev (42 kq), Elgün Cəfərquliyev (46 kq), Fərid Qafarov (50 kq), Zaur Nuriyev (54 kq), Fazil Mirzəyev (58 kq), Niyaz Ərzumanov (63 kq), Şirxan Quliyev (69 kq), Ülvi Qənizadə (76 kq), Tehran Əmirzadə (85 kq), Uğur Hacılı (100 kq) I yerə sahib çıxıblar.

Sərbəst güləş üzrə yarışlarda I-III yerləri, yunan-Roma güləşi üzrə yarışlarda isə I-V tutmuş idmançılar növbəti açıq Respublika turnirinə vəsiqə əldə ediblər.

Xəbər 651 dəfə oxundu.