“Qəbələ” “Rəvan”a böyük hesabla qalib gəlib
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 30-cu tura bu gün keçirilən bir oyunla start verilib. Azerisport.az xəbər verir ki, günün yeganə oyununda lider “Qəbələ” doğma meydanda “Rəvan”a böyük hesabla qalib gəlib.

Əvəzedicilərin çempionatı
30-cu tur
14 aprel

“Qəbələ” - “Rəvan” - 4:0
Qollar: Ülvi İsgəndərov, 18; 72; 90. Ramil Hasanov, 37.

Xəbər 747 dəfə oxundu.