Qəbələ Rəvanla oyuna 3 itki ilə çıxacaq
"Qəbələ" Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində qarşılaşacağı "Rəvan"la oyuna itkilərlə hazırlaşır. Bölgə təmsilçisinin kapitanı Dodo, eləcə də Rafael Santosla Aleksey Qay paytaxt klubu ilə görüşü buraxmalı olacaq.

Ukraynalı futbolçu cəzalıdır. Braziliyalı legionerlər isə zədə səbəbindən "Qəbələ"yə kömək edə bilməyəcəklər.

Qeyd edək ki, "Qəbələ" - "Rəvan" matçı aprelin 15-də keçiriləcək.

Xəbər 656 dəfə oxundu.