""Simurq" iddialı komandalara başağrısı olub"
"Öz meydanında güclü müqavimət göstərən komandaya qarşı oynayacağıq. "Simurq" iddialı komandalara hər zaman başağrısı olub. Bununla belə, rəqibimizi məğlub edə biləcəyimizə inanıram".
İdman.com.az saytının məlumatına görə, bu sözü qol.az-a açıqlamasında "Qəbələ" klubunun futbolçusu Vurğun Hüseynov deyib.

Komandasının ilk "altılığ"a düşmək şanslarını da dəyərləndirən müdafiəçi, bu haqda belə danışıb: "Əgər məqsədimiz Avroliqada Azərbaycanı təmsil etməkdirsə, mütləq ilk "altılığ"da yer almalıyıq. Qarşıda bizi bir-birindən çətin dörd oyun gözləyir. İnşallah, qazanacağımız nəticələr xeyrimizə olar".

Xəbər 1068 dəfə oxundu.