Bakı kəndləri və qəsəbələri üzrə futbol turniri yekunlaşıb
Bakı şəhər kənd və qəsəbələrinin gəncləri arasında futbol üzrə qış-yaz birinciliyinin final oyunları keçirilib.

Gərgin oyun şəraitində keçən turnirdə birinci yeri “Qobustan”, ikinci yeri “Ələt”, üçüncü yeri isə “Gənclik” komandası tutub.

Sonra Anatoli Banişevski turnirinin qalibi “Binə” komandası ilə Bakı kəndləri və qəsəbələri üzrə qış-yaz birinciliyinin qalibi “Qobustan” komandası arasında Super Kubok oyunu keçirilib. “Binə” 3:2 hesabı ilə qələbə qazanaraq Super Kubokun sahibi olub.

Final oyunundan sonra turnirin bağlanış mərasimi keçirilib.

Qalib komandalar baş idarə tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri və kubokla təltif ediliblər.

Xəbər 860 dəfə oxundu.