“Şahin” hərbi-idman oyununun Nərimanov rayon birinciliyi başa çatıb
Nərimanov Rayon Gənclər və İdman İdarəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsinin birgə təşkilatçılığı ilə Daxili İşlər Nazirliyinin daxili qoşunların “N” saylı hərbi hissəsində “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib.

“Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarətdir.

Yarışda rayonun 21 məktəb komandası tərkibində 294 məktəbli (onlardan 84 nəfəri qızlardır) iştirak edib.

Yarışın nəticəsinə görə birinci yerə 212 nömrəli, ikinci yerə 258 nömrəli, üçüncü yerə isə 82 nömrəli məktəbin komandası layiq görülüb.

Qalib komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom, kubok və medallarla təltif olunub.

Qalib komanda şəhər üzrə zona birinciliyinə vəsiqə qazanıb.

Xəbər 707 dəfə oxundu.