“Tələbələr” debütantdan əvəz çıxdı
Bu gün qadın voleybolçular arasında IX turun oyunları təşkil edilib. İdman.com.az saytının məlumatına görə, turun mərkəzi görüşü “İqtisadçı” ilə “Bakı” klubları arasında baş tutub. Gərgin, xala xal prinsipi ilə keçirilmiş matçda qalib adını “tələbələr” qazanıb.

Turun ilk qarşılaşmasında gözlənilən hesab qeydə alınıb: “Rabitə” debutant “Lokomotiv Biləcəri”ni asanlıqla məyus edib.
“Azərreyl” – “Azəryolservis” matçında da sensasiy a olmayıb. “Dəmiryolçular” ehtiyat qüvvəsi hesab olunan debütantı ilk dövrədəki kimi, yenə məğlubbiyyətə uğradıb.

Super Liqa. Qadınlar. IX tur

“İqtisadçı” – “Bakı” - 3:2 (22:25, 25:22, 25:23, 24:26, 18:16)
Ceyhun İsmayılov, Zaur Hacıyev
İlk oyun: “Bakı” – “İqtisadçı” - 3:0 (25:20, 29:27, 25:20)

“Azərreyl” – “Azəryolservis” - 3:0 (25:18, 25:15, 25:21)
Fuad Ağayev, Ceyhun İsmayılov
İlk oyun: “Azəryolservis” – “Azərreyl” - 1:3 (16:25, 19:25, 25:19, 18:25)

“Lokomotiv Biləcəri” - “Rabitə” - 0:3 (12:25, 6:25, 16:25)
Hakimlər: Zaur Hacıyev, Vüqar Cəfərov
İlk oyun: “Rabitə” - “Lokomotiv Biləcəri” - 3:0 (25:10, 25:23, 25:10)

O Q M S T X

1.«Azərreyl» 7 6 1 18-7 656:495 13
2.«Bakı» 8 5 3 18-7 651:585 13
3.«Rabitə»6 6 0 18-1 467:305 12
4.«İqtisadçı» 7 4 3 13-12 594:579 11
5.«Lokomotiv» 6 3 3 12-9 383:433 9
6.«Azəryolservis» 8 1 7 6-21 515:644 9
7.«Lokomotiv Biləcəri» 8 0 8 0-24 365:601 8

Xəbər 1220 dəfə oxundu.